İstifadəçi Razılığı

İstifadəçi Razılığı – v1.0

DinarPay xidmətinin ümumi şərtləri barədə razılaşma

  1. PayHub MMC (daha sonra – “DinarPay”) internet şəbəkə istifadəçisinə (daha sonra – “Müştəri”)- öz xidmətlərindən aşağıda verilmiş razılaşmada (daha sonra – “Razılaşma”)göstərildiyi kimi istifadəni təmin edir. Razılaşma Müştərinin razılğı əsasında Razılaşmanın 3-cü bəndində göstərildiyi kimi qüvvəyə minir.
  2. DinarPay Müştərilərin ortaq banklarla pul köçürülmələrinin həyata keçirilməsi, habelə bank kartlarının, terminal şəbəkələrinin istifadəsi üçün göstərişlərin verilməsini təklif edir. Hal-hazırda mövcud olan bütün xidmətlər, habelə onların inkişafı və yeni xidmət sahələrinin əlavə olunması mövcud razılaşmanın predmeti hesab olunur.
  3. DinarPay xidmətlərindən istifadə mövcud razılaşmanın məxfilik siyasəti (DinarPay-a keçid), həmçinin ayrıca xidmətlərin istifadəsilə tənzimlənir. Hər hansı bir xidmətdən (və ya onun ayrıca funksiyası) istifadə edən və ya qeydiyyatdan keçən Müştəri Razılaşmanın şərtlərini istisnasız və qeyri-şərtsiz tam həcmdə qəbul etmiş sayılır. DinarPay Müştəriyə mövcud razılaşmaya dəyişikliklər və əlavələr edilməsini Razılaşmanın yeni redaktəsində aşağıdakı internet ünvanında (DinarPay-a keçid) təklif edir. Müştərinin belə təklifləri qəbul etməsi ona DinarPay-ın istənilən xidmətlərindən yeni şərtlərlə istifadəsinə şərait yaradır.
  4. Müştəridə Razılaşmada edilən dəyişikliklərlə əlaqədar yaranan fikir ayrılığı səbəbilə Razılaşmanın 3-cü bəndinə əsasən DinarPay xidmətlərindən istifadəni dayandırmalıdır.
  5. DinarPay-ın bəzi xidmətləri və ya xidmətlərin bəzi funksiyalarından istifadə etmək üçün Müştəri qeydiyyatdan keçmə prosedurunu yerinə yetirməli və bundan sonra Müştəri üçün bənzərsiz hesab nümunəsi açılmalıdır.
  6. Qeydiyyat üçün Müştəri verilən suallar vasitəsilə özü barədə qeydiyyat formasında təqdim olunan dəqiq və dolğun məlumatı qeyd etməli və bu məlumatı aktual vəziyyətdə saxlamalıdır. Əgər Müştəri doğru olmayan informasiya təqdim edirsə və ya DinarPay-ın bu məlumatların natamamlığını və ya etibarsızlığını güman etmək üçün səbəblər varsa, DinarPay-ın Müştərinin xidmətlərdən (və ya onların xüsusi funksiyalarından) istifadədən imtina hüququ vardır.
    1. Xidmətlərdən istifadə zamanı Müştərinin təqdim etdiyi şəxsi məlumatlar cari razılaşmadakı məxfilik siyasətinə uyğun şəkildə qorunub saxlanılır.
    2. Əgər DinarPay-ın xüsusi xidmətləri qeydiyyat tələb edirsə, bu halda Müştəri özünə sərbəst şəkildə istifadəçi adı ( Müştərinin bənzərsiz simvollu istifadəçi adı) və şifrə seçə bilir. DinarPay müəyyən olunmuş istifadəçi adlarından istifadəyə qadağa qoya, həmçinin istifadəçinin adı və şifrə ilə əlaqədar (şifrənin uzunluğu, etibarlı simvollar və s.) tələblər irəli sürə bilər.
    3. Müştəri bəzi xidmətlər üçün istifadəçi adına alternativ identifikasiya vasitələrindən əvvəlki şifrəni dəyişərək istifadə edə bilər. Bu vasitəyə giriş Müştərinin istifadəçi adının idarə olunması interfeysində ikifaktorlu identifikasiya vasitəsilə təqdim olunur.
    4. Müştəri onun tərəfindən seçilmiş istifadəçi adı və şifrələrin təhlükəsizliyi (seçim müqaviməti) üçün birbaşa məsuliyyət daşıyır, habelə onların gizliliyini şəxsən təmin edir. Müştəri müstəqil şəkildə DinarPay xidmətlərindən hər hansı fəaliyyət, habelə onun nəticələri ilə əlaqədar məsuliyyət daşıyır. Buraya həmçinin Müştərinin könüllü şəkildə üçüncü şəxslərə məlumatların ötürülməsi (həmçinin , razılaşma və müqavilə şərtlərinə əsasən) daxildir. Bununla yanaşı, DinarPay xidmətlərindən istifadə çərçivəsində Müştərinin istifadəçi adı daxil olmaqla bütün məlumatı Müştəri tərəfindən yaradılmış hesab olunur.
  7. Əgər müəyyən olunmuş xidmət Müştərinin qeydiyyatını təmin etmirsə, DinarPay Müştərini internet istifadəçisi adı altında , o cümlədən Müştəri vasitəsilə öncədən DinarPay xidmətlərindən istifadə zamanı elektron poçtu və telefon nömrəsi vasitəsilə identifikasiya edir.
  8. DinarPay xidmətlərindən istənilən məlumatı daxil edən Müştəri bu məlumatların yadda saxlanılmasına və DinarPay-ın digər xidmətlərindən istifadəyə əlavə təstiq tələb etmədən razılıq verir.
  9. Müştəri dərhal onun məlumatlarından razılığı olmadan DinarPay xidmətlərindən istifadə olunmasını, habelə Müştərinin istifadəçi adı ilə bağlı istənilən pozuntuların (şübhələrin olduğu halda) olduğunu DinarPay-a bildirməyə borcludur. Təhlükəsizlik baxımından Müştəri hər DinarPay xidmətlərindən istifadə başa çatdıqdan sonra öz istifadəçi adı altında işi təhlükəsiz şəkildə (“çıxış” düyməsi) həyata keçirməlidir.
  10. DinarPay bütün müştəriləri üçün xidmətlərin istifadəsi və ya ayrıca müştəri təbəqəsi üçün (Müştərinin olduğu yer, xidmətin təklif olunduğu dil);bununla yanaşı,köçürmələrin növü,ölçüsü,təyinat üsulu,köçürmələri alanların siyahısı və s. əlaqədar) məhdudiyyətlər tətbiq etmək hüququndadır. DinarPay şəbəkəyə bağlanma, məlumatın alınması kimi avtomatik idarə olunan işlərə qadağa qoya bilər.
  11. DinarPay Müştərilərinə məlumat xarakterli ismarıclar göndərmək hüququndadır. DinarPay xidmətlərindən istifadə edən hər bir Müştəri Azərbaycan Respublikasının Reklam haqqında Qanununa əsasən , reklam xarakterli ismarıcların alınmasına razılıq verir. Müştəri reklam xarakterli ismarıcların alınmasına müvafiq funksional xidmət vasitəsilə reklamın daxil olduğu xidmətlər çərçivəsində və ya Müştəriləri dəstək xidməti vasitəsilə imtina etmək hüququ vardır.
  12. Müştəri DinarPay xidmətlərinə daxil etdiyi məzmuna uyğun mövcud qanunvericiliyə əsasən məsuliyyət daşıyır. Buraya, həmçinin bu və ya digər məzmunun üçüncü şəxslərin hüquq və qanuni maraqlarının pozulması , həmçinin müəlliflərin şəxsi qeyri-maddi hüquqlarının pozulması,intelektual hüquqların və qeyri-maddi mallar da aiddir.
  13. Müştəri razılaşır və qəbul edir ki, DinarPay onun Müştəri tərəfindən hər hansı xidmət sahəsində yerləşdirdiyi məlumat üçün məsuliyyət daşımır. Həmçinin DinarPay öz təşəbüsü ilə Müştəriyə hər hansı məzmunun yerləşdirilməsi vəya silinməsi barədə imtina etmək hüququ (vəzifə yox) var. Müştəri anlayır və razıdır ki, o, müstəqil şəkildə məzmunun istifadəsilə əlaqədar (buraya etibarlılığın qiymətləndirilməsi, bütövlük və yararlılıq aiddir) bütün risk faktorlarını nəzərə almalıdır.
  14. Müştəri anlayır və razıdır ki, xidmət servisi texnologiyaları məzmunun kopyalanması (çoxaldılması) tələb oluna bilər, həmçinin bu və ya digər xidmətin texniki tələbatına görə elektron poçt ünvünı tələb oluna bilər.
  15. Müştəri DinarPay xidmətlərindən istifadə zamanı bu fəaliyyət növü üzrə üçüncü şəxslərin qanuni maraq və hüquqlarının pozulmasına gətirib çıxarırsa, öz fəaliyyəti üçün üçüncü şəxslər qarşısında məsuliyyət daşıyır.
  16. DinarPay xidmətlərindən istifadə zamanı Müştərinin aşağıdakılara hüququ yoxdur:
    1. Üçüncü şəxslərin, həmçinin yetkinlik yaşına çatmamış şəxslərin hüquqlarının pozulması,habelə onlara hər hansı formada zərər yetirilməsi;
    2. Özünü başqa şəxs kimi (kifayət qədər hüququ olmayan nümayəndə və ya təşkilat kimi), həmçinin DinarPay əməkdaşı,forum moderatoru,sayt sahibi, DinarPay şəriklərinin əməkdaşı kimi təqdim etmək, şəbəkədə digər şəxslərlə əməkdaşlığın qeyri-qanuni forma vəüsullarını təqdim etmək, həmçinin DinarPay istifadəçilərini daxil etmək, hər hansı subyekt və obyektin xarakterinə uyğun olaraq pul təklif etmək;
    3. Başqalarının icazəli məlumatlarını, elektron ödəmə üsullarından istifadə;
    4. Digər şəxslərin şəxsi məlumatlarını toplamaq və saxlamaq;
    5. DinarPay xidmətləri və veb saytların normal işini pozmaq;
    6. Razılaşmada göstərilən qadağa və məhdudiyyətlərin pozulmasına yönəlmiş fəaliyyət həyata keçirməmək;
    7. Başqa sözlə,Qanunvericiliyin, habelə, Beynəlxalq Hüquq normalarının pozulması;
  17. DinarPay xidmətlərinin köməyilə əlçatan obyektlər, həmçinin dizayn elementləri, mətn,qrafik təsvirlər,illüstrasiyalar, video, kompüter proqramları, məlumat bazaları, musiqi, səs və digər obyektlər (daha sonra xidmətlərin məzmunu), həmçinin DinarPay yerləşdirilən istənilən məzmun, DinarPay digər müəllif hüququ sahiblərinin hüquqi obyektləri xüsusi icazə əsasında istifadə oluna bilər.
  18. Xidmətlərin hər hansı elementindən istifadə yalnız xidmətin təklif etdiyi funksional çərçivəsində mümkündür. DinarPay xidmətləri daxilində olan hər hansı məzmun müəllif hüquqları sahibinin icazəsi olmadan istifadə oluna bilməz.
  19. DinarPay xidmətləri internet şəbəkəsində digər saytlara (üçüncü şəxs saytları) keçid ehtiva edə bilər. Göstərilən üçüncü şəxslər və onların təşkil etdiyi məzmun DinarPay tərəfindən yoxlanılır(etibarlılıq, tamlıq, qanunilik və s.) . DinarPay müştərinin xidmətlər vasitəsilə giriş etdiyi üçüncü şəxs saytlarından əldə etdiyi məlumat və materiala, həmçinin üçüncü şəxs saytlarında qeydiyyat və rəylərə,bu saytların əlçatanlığına, məzmun və nəticələrə görə məsuliyyət daşımır.
  20. DinarPay xidmətlərində yerləşdirilmiş hər hası formada istənilən sayt,məhsul.xidmət və istənilən kommersiya və qeyri-kommersiya xarakterli informasiya DinarPay tərəfindən təstiq və ya göstəriş kimi qiymətləndirilə bilməz.
  21. Zəmanətin olması və məsuliyyətin məhdudlaşdırılması
    1. Müştəri DinarPay xidmətlərindən öz riski ilə istifadə edir. Xidmətlər “olduğu kimi” təqdim olunur. DinarPay öz üzərinə heç bir məsuliyyət götürmür və Azərbayca Respublikası qanunvericiliyində birbaşa nəzərdə tutlan hallardan başqa, xidmətlərin Müştərinin məqsədlərinə uyğun gəlib-gəlməməsi üçün məsuliyyət daşımır.
    2. DinarPay: xidmətlərin müştərinin tələblərinə və gözləntilərinə uyğun olması, xidmətin davamlı, sürətli, etibarlı, xətasız; xidmət sayəsində əldə olunan nəticələrin dəqiq və etibarlı olması, onların hər hansı məqsəd və hər hansı keyfiyyətinin olmasına, hər hansı məsulun,xidmət və informasiyanın keyfiyyəti və bunların Müştərinin gözləntilərinə uyğun gəlməsinə zəmanət vermir.
    3. Əgər aşağıda göstərilən halı Azərbaycan Respublikası Qanunvericiliyində təmin edilmirsə,DinarPay Müştərinin DinarPay xidmətlərindən istifadə nəticəsində baş verən istənilən növ itki və ya xidmətin ayrı-ayrı hissələrinin göstərilməməsi ilə əlaqədar heç bir məsuliyyət daşımır.
  22. Cari razılaşma yalnız Azərbaycan Respublikası Qanunvericiliyi çərçivəsində tənzimlənir. Tərəflər arasında həll olunmamış məsələlər Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə uyğun çəkildə həllini tapır.
  23. Cari razılaşmanın bir və ya bir neçə müddəası bu və ya digər səbəbdən etibarsız sayılarsa və hüququi qüvvəsi olmazsa, bu razılaşmanın digər şərtlərinin həqiqiliyinə və etibarlılığına təsir etmir.
  24. DinarPay Müştərinin və ya digər Müştərilərin Razılaşmanın şərtlərini pozduqdan dərhal sonra lazımi tədbirlər görülmürsə, bu hələ DinarPay-ın maraqlarını daha sonra qorumayacağı hüququndan məhrum etmir və DinarPay müstəqil şəkildə gələcəkdə bu kimi qanun pozuntuları zamanı öz hüquqlarını müdafiə edəcəkdir.