Rahat Ödəmə xidməti

Rahat Ödəmə Xidməti nədir?

Bütün növ sahibkarlar müştəriləri üçün konfiqurasiya edə biləcəkləri mərkəzləşdirilmiş ödəmə sistemidir. Xidmət daxilində sahibkarlar öz müştəri bazalarını DinarPay sisteminə köçürərək, xüsusi ödəniş kodu əldə edə biləcəklər. Bu kodla müştəriləri ölkənin istənilən nöqtəsindəki ödəmə terminallarından istifadə etməklə müştərilər ödənişləri həyata keçirə bilərlər. Xidmətin bir digər üstünlüyü məbləğ və müştəri sayında limit olmamasıdır. Adətən, biznes sahibləri ödəmə terminallarına birbaşa qoşulmaq üçün müəyyən sayda müştəri bazasına malik olmalıdırlar. Lakin, Rahat Ödəmə xidməti ilə belə bir məhdudiyyət yoxdur. İstənilən həcmdə müştəri ilə xidmətdən yararlanmaq olar. Həmçinin, məbləğ limiti də tərəfdaşların istəyinə uyğun olaraq tənzimlənir. Eyni vaxtda istənilən bank kartlarından DinarPay sistemini istifadə edərək vebsayt və ya mobil tətbiqləri üzərindən ödənişlər ala bilərlər.

Necə işləyir?

Tərəfdaşlıq etdiyimiz şirkətlər öz müştəri bazalarını və digər lazımlı məlumatlarları bizə ötürürlər. Bu məlumatlar əsasında xüsusi ödəmə kodu yaradılır. Tərəfdaş şirkətlər sözügedən ödəmə kodlarını müştəriləri ilə bölüşürlər. Müştərilər ölkənin istənilən nöqtəsində olan 5000+ ödəmə terminallarından (MilliÖn, eManat) yaxınlaşaraq və ya veb sayt üzərindən bank kartları ilə ödəmələrini həyata keçirə bilərlər.

Xidmətin üstünlükləri

Vahid Kassa Sistemi

DinarPay 7000-dən çox ödəmə terminalları və virtual pos sistemləri ilə ödənişlərinizin sürətli şəkildə vahid sistemə toplanmasını təmin edir.

  • E-manat terminalları
  • MilliÖN terminalları
  • Visa/Master kartları
Overview Image
Circle

Ödəmə Terminalları

Ölkənin bir çox nöqtələrini əhatə edən özünəxidmət ödəniş terminalları!

Şirkət həm köşklər, həm eManat+ və MilliÖn onlayn platforması ilə istifadəçilərə 360 dərəcəli ödəniş imkanları təqdim edir.

  • Ödəmə köşkləri
  • eManat+ platforması
  • MilliÖn platforması
Overview Image
Circle
Overview Image
Circle

Kartla Ödəmə

Vebsaytınız və ya mobil tətbiqiniz üzərindən dünyanın istənilən Visa, Mastercard kartları ilə təhlükəsiz ödəmə qəbul edin. 

  • Visa/Mastercard
  • 3D Təhlükəsizlik
  • Kartları Saxlama
  • Təkrarlanan Ödənişlər

Görüntülər