BİZİM HEKAYƏMİZ

Ödənişlərinizi minlərlə özünəxidmət ödəmə və virtual pos terminalları vasitəsilə qəbul edən sistem.

“Hər kəs üçün etibarlı və rahat ödəmə” mottosu ilə yola çıxan DinarPay şirkətinin əsas məqsədi ölkəmiz daxilində yerində ödəmə sistemlərini hər kəs üçün əlçatan etməkdir. Biznesinizin ölçüsündən asılı olmayaraq, sizə MilliÖn, eManat özünə xidmət terminal şəbəkələrinə və virtual pos terminala rahatlıqla qoşulmaq fürsəti təqdim edirik. Ən əsası isə, bu sistemlərə qoşulmaq üçün tələb olunan İT infrastruktu ilə sizi təmin edirik. Təklif etdiyimiz baza sistemi dəstəyi ilə kiçik müştəri qruplarından tutmuş, böyük bazalara qədər hər birini rahatlıqla inteqrasiya edə biləcəksiniz.
DinarPay olaraq tərəfdaşlarımızın düzgünlüyə və etibara verdiyi dəyərin fərqindəyik. Bu səbəbdən tərəfdaşlarımız sırasında qanundan kənar, etik qaydalara sığmayan və fırıldaqçılıq əsasları olan heç bir təmsilçi yoxdur və olmayacaq. Tərəfdaşlarımızla əlaqələrimizin sıx əməkdaşlıq, qarşılıqlı hörmət və yardımlaşma əsasında qalması üçün mütəmadi görüşlər keçirilir, müzakirələr aparılır.

Hər zaman yanınızdayıq. İstər fəaliyyətə yeni başlayan gənc şirkət, istərsə də dövrün tələbi olan yerində ödəmə sistemlərinə yeni inteqrasiya edən köklü bir şirkət olun: DinarPay sizinlədir. Peşəkar əməkdaşlarımız təkcə RahatÖdə sistemi ilə əlaqədar yox, müxtəlif İT və biznes əlaqəli məsələlərdə dəstək göstərməyə hazırdır.

Hər biri öz sahəsində peşəkarlaşmış əməkdaşlarımız dinamik, öyrənməyə həvəsli və gələcəyə fokuslanmışdır. Texnoloji bazamız, bilgimiz və etibarlılığımızla hər zaman Sizinləyik...

DinarPay - Hər kəs üçün etibarlı və rahat ödəmə.

Şirkət: PAYHUB MMC

VÖEN: 1306876621

Ödənişlərinizi minlərlə özünəxidmət ödəmə və virtual pos terminalları vasitəsilə qəbul edən sistem.

Tərəfdaşlarımız

Ölkənin bir çox nöqtəsindən müxtəlif tərəfdaşlarımız mövcuddur. Onlardan bəziləri ilə tanış ola bilərsiniz: